“Neymarın “Barselona”ya transferi inanılmaz olardı”

6 May 2020 11:20 İspaniya 794
“Neymarın “Barselona”ya transferi inanılmaz olardı”

“Barselona”nın keçmiş yarımmüdafiəçisi Xavi PSJ-nin futbolçusu Neymarın yenidən Kataloniya klubuna qayıtmasını istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə Xavi “instagram”da Samuel Etoyla canlı yayımı zamanı deyib:

“Oyun baxımından şübhə yoxdur ki, Neymar dünyanın ən yaxşı üç və ya beş futbolçusundan biridir. Nəticə verməyi bacaran biridir. Ümid edirəm ki, “Barselona”ya qayıdar.

Çünki komandanın ən yaxşı halını görmək istəyirəm. Neymar pozitiv adamdır və komandadakı atmosferə çox faydası olar. Neymarın “Barselona”ya transferi inanılmaz olardı”.

Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!