Klubun da məni buraxacağına inanmıram

2 May 2020 16:40 İspaniya 563
Klubun da məni buraxacağına inanmıram

“Real”ın müdafiəçisi Marselonun “Yuventus”a keçəcəyi ilə bağlı məlumat yayılıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı bu məsələyə münasibət bildirib.

O, “kral klubu”nda qalmaq istədiyini vurğulayıb: “Hələ iki il əvvəl eşitmişdim ki, “Yuventus”la müqavilə bağlamışam. İnsanlar müxtəlif xəbərlər uydururlar. Amma onu da deyim ki, “Yuventus” azarkeşlərinin bu xəbəri bəyənməsini görməkdən məmnun oldum.

“Real”ı tərk etmək istəmirəm. Heç klubun da məni buraxacağına inanmıram. Mənə Madriddə çox yaxşıdır. Ailəm də burda yaşayır və şəhəri bəyənir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti