"Sən daha pis oynayırsan, bu da onları qəzəbləndirir"

2 May 2020 13:40 İspaniya 568
"Sən daha pis oynayırsan, bu da onları qəzəbləndirir"

“Real”ın futbolçusu Qaret Beyl azarkeşlərin onu tənqid etməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Beyl “kral klubu”nun azarkeşlərinin davranışını qəbul etmədiyini deyib.

O, fanatların öz komandasının futbolçusunu fitə basmasının yaxşı hal olmadığını vurğulayıb: “Real”a keçərkən, belə halı çox az təsəvvür edirdim. Komandanın azarkeşlərinin belə davranacağını qətiyyən gözləmirsən.

Əgər belə davranış çox zəif oynayan bütün komandaya yönəlsəydi, yenə də bunu anlamağa çalışardım. Amm onlar öz futbolçularını fitə basırlar ki, bunu da qəbul etmək mümkün deyil.

Fanatlar fitə basdıqca, futbolçunun oyun keyfiyyəti daha da aşağı düşür, hər şey çətinləşir. Belə olanda, sən daha da pis oynayırsan ki, bu da onları qəzəbləndirir. Düşünürəm ki, belə davranışla fanatlar özlərinə zərər verirlər ki, bu da mənasızdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti