"Basrelona" Ter anlaşmağa yaxındır

28 Aprel 2020 19:02 İspaniya 647
"Basrelona" Ter anlaşmağa yaxındır

"Barselona" Andre Ter Ştegenlə müqavilənin uzadılması ilə bağlı danışıqlara davam edir.

Sportinfo.az xəbər verir ki, rəhbərlik almaniyalı qolkiperə 4 illik müqavilə təklif edib.

Məlumata görə, Kataloniya klubu heç bir halda Ter Ştegeni satmayacaq. Oyunçu təklif edilən müqavilədən məmnundur. O, komandada ən çox maaş alan futbolçulardan olacaq.

Daha öncə Ter Ştegenlə rəhbərlik arasında danışıqların müsbət olmadığı bildirilirdi. Rəsmi açıqlamanın çempionat bərpa edildikdən sonra veriləcəyi vurğulanıb. Almaniya mətbuatı “Bavariya”nın təcrübəli qapıçı ilə maraqlandığını yazır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti