“Real” Uruqvay futbolunun yeni vunderkindi ilə ciddi maraqlanır.
Sportinfo.az xəbər verir ki, 18 yaşlı Fakunda Pellistr “Penyarol”da çıxış edir.
Yarımmüdafənin sağ cinahında çıxış edən futbolçunu “Real”ın əsas skautu Cuni Kalafat izləyib.
O əmindir ki, uruqvaylıda əla futbolçu olmaq üçün bütün potensial var. Fakunda bu yaxınlarda “Penyarol”la 4 illik müqavilə bağlayıb. Klub ona 9 milyon avro qiymət qoyub.
Vunderkindlə “Mançester Siti”, “Valensiya”, “Atletiko” və “Napoli”nin də maraqlandığı bildirilir.

