“Barselona” “Ayaks”ın qapıçısı Andre Onaneni transfer etmək niyyətindədir.
Sportinfo.az xəbər verir ki, “Barsa” artıq “Ayaks”a rəsmi təkliflə müraciət edib.
İspaniya nəhəngi qapıçı üçün 3 futbolçusunu verməyə hazırdır. Bu futbolçular Karlos Aleniyu, Piki Puiqa və Kolyadodur. Qapıçı da “Barselona”da oynamaq niyyətindədir.
Ancaq Amsterdam klubu Onaneni heyətdə saxlamağa çalışır. 24 yaşlı Onane “Ayaks”da 2015-ci ildən çıxış edir. O, Samuel Etonun Kamerundakı akademiyasının yetirməsidir.

