"Barselona" futbolçulara məcburiyyət tətbiq etməyəcək

27 Aprel 2020 11:06 İspaniya 1 069
"Barselona" futbolçulara məcburiyyət tətbiq etməyəcək

İspaniya çempionatı davam etdirilsə, "Barselona" futbolçuları meydançaya çıxmaqdan imtina etmək imkanına malik olacaqlar.

Klubun tibbi qərargahı hesab edir ki, koronavirus infeksiyasına yoluxma riski hələ yüksəkdir.

Buna görə qərar vermək hüququ oyunçuların özlərinə aid olmalıdır. Onlar pandemiya dövründə çıxış edib-eməmələrinə dair qərarı özləri verməlidirlər.

Sportinfo.az xəbər verir ki, Kataloniyalıların rəhbərliyi öz növbəsində ölkənin səhiyyə orqanının müvafiq sanitar şəraiti yaratmayınca matçlardan tam rədd imkanlarını nəzərdən keçirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti