"Həbsxanaya salındığım gün mənə 4 prezervativ və vazelin verdilər"

21 Aprel 2020 16:30 İspaniya 1 227
"Həbsxanaya salındığım gün mənə 4 prezervativ və vazelin verdilər"

“Barselona”nın sabiq prezidenti Sandro Rossel həbsxanada keçirdiyi günlər barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Sandro həbsxana həyatının çox ağır olduğunu deyib.

O, yaxınlarının dəstəyi sayəsində bu çətinliyin öhdəsindən gəldiyini vurğulayıb: “Yadımdadır, həbsxanaya salındığım ilk gündə mənə 4 prezervativ və vazelin verdilər. Bu da məni həyəcanlandırdı.

Həbsxanada ya öləcəksən, ya da daha qüvvətli olacaqsan. Həyat yoldaşım Marta çox güclü qadındır. O, bizim dözümlülüyümüzün sütunu oldu.

Bu sözləri valideynlərim, qardaşlarım və dostlarım haqda da deyə bilərəm. Mənimlə birgə olan dostum Joan Bezolinin dəstəyi çox oldu. Onsuz bacarmazdım”.

Rossel həbsxanada 643 gün keçirib. Onu 2017-ci ilin may ayında həbs ediblər, 2019-cu ilin fevralında isə azad olunub. Sabiq prezident çirkli pulların yuyulmasında ittiham olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti