Bilirəm futbolsuz çox dostlar darıxır.
"Milan" qayıtmadı" söhbəti var e, o məncə bu komandaya aiddi.
Düzdü, Van Basten-Qullit-Raykard dönəminin qan elədiyi dövrü görməmişəm. Amma mən gördüklərim arasında ən yüksək zirvəyə bu komanda və məhz bu oyunda çatdı.
Dünya futbol tarixinin bəlkə də ən güclü məşqçisi Yohan Kroyfun, Romario, Stoiçkov, Kuman və başqa futbol dahilərinin "Barselona"sı ÇL finalında darmadağın edildi.
Bəlkə də indiki gənclər Daniele Massaronu tanımır, bəlkə də Deyan Saviçeviçin o fantastik qolunu görməyiblər.
Mənə o zaman ən çox təsir edən dünya futbol tarixinin ən yaxşı məşqçisi adına layiq bir başqa əfsanə - Fabio Kapellonun qollara sevinməməsi idi. İnsan emosiyalarını necə cilovlaya bilər?!
Sonralar Qurban Qurbanovun məşqçi kimi soyuqqanlılığı mənə Kapellonu xatırladırdı.
Nə isə...
Futbol üçün həqiqətən də darıxmısınızsa 11 dəqiqənizi ayırıb bu möhtəşən oyunu izləyin.
Görün oyunun favoriti necə darmadağın edilir.
Anar Şabanoğlu

