"Barselona" Filipp Koutinyonu "Everton"a təklif edib.
Sportinfo.az xəbər verir ki, Kataloniya klubu braziliyalı futbolçunu satmaqda israrcıdır.
Məlumata görə, “Barselona” 27 yaşlı oyunçu üçün 80 milyon avro tələb edir. Ancaq əgər qarşı tərəf bunu ödəyə bilməsə, rəhbərlik Koutinyonu icarəyə də verə bilər.
Braziliyalı yarımmüdafiəçi mövsümü “Bavariya”da keçirir. Münhen təmsilçisi onu komandada saxlamayacağını bildirib. Koutinyo “Bavariya”da 32 oyun keçirib və 9 qol vurub.

