Messi: "İlk dəfə üz-üzə gələndə üzünə baxmağa cürət etmədim"

11 Aprel 2020 11:20 İspaniya 583
Messi: "İlk dəfə üz-üzə gələndə üzünə baxmağa cürət etmədim"

"Barselona"nın futbolçusu Lionel Messi keçmiş komanda yoldaşı Tyerri Anri barədə danışıb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı ulduz futbolçu fransalı oyunçunun "Barselona"ya keçməsindən sonra ilk dəfə üz-üzə gəlmələrindən danışıb.

Anri 2007-2010-cu illərdə "Barselona"da çıxış edib: "Anri "Barselona"ya transfer olduqdan sonra ilk dəfə paltardəyişmə otağına gələn zaman üzünə baxmağa cürət etmədim. Ona heyran idim.

İngiltərədəki bacarıqlarını görmüşdüm. Artıq bir komandada idik. Onun sayəsində oynamağım rahat idi. Meydanda lazımsız işlər görmürdü. Oyununa baxanda hər şeyin təbii olduğu bilinirdi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti