"Oğurluq edən şəxsin adını bilməsəm də, şübhələndiyim adam var"

11 Aprel 2020 00:28 İspaniya 687
"Oğurluq edən şəxsin adını bilməsəm də, şübhələndiyim adam var"

Istefa verərək "Barselona"dan ayrılan Emili Ruso klubdakı maliyyə maxinasiyalarından danışıb.

Sportinfo.az xəbər verir ki, 7F keçmiş vitse-prezident kassadan oğurluq edildiyini bildirib.

O, bu işdə klub rəhbərliyini günahlandırıb: "Düşünürəm ki, kimsə klubun kassasından oğurluq edib. "I3 Ventures" şirkətinə 100 min avroluq iş üçün 1 milyon avro ödəniş olub. Bunu rəhbərlikdən kimsə edib. Həmin şəxsin adını bilməsəm də, şübhələndiyim adam var".

"Barselona" klubu isə rəsmi sayt vasitəsilə sabiq əməkdaşının sözlərinə dərhal reaksiya verib və ittihamı rədd edib. Emil Ruso ilə birlikdə "Barselona" klubunun İdarə Heyətinin 6 üzvü istefa verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti