"Barselona" kimi transfer etməyə hazırlaşır?

9 Aprel 2020 01:52 İspaniya 699
"Barselona" kimi transfer etməyə hazırlaşır?

Əsas qapıçısı Mark-Andre Ter Ştegenlə yeni müqavilə ilə bağlı danışıqlarda razılığa gələ bilməyən “Barselona” “Ayaks”ın qolkiperini transfer edə bilər.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu, Amsterdam təmsilçisinin qapıçısı Andre Onananın xidmətində maraqlıdır.

“Barselona” kamerunlu futbolçunu Ter Ştegenin əvəzləyicisi olaraq görür. “Barselona”nın Ter Ştegenlə razılığa gələ bilməyəcəyi halda, 24 yaşlı Onananı heyətinə qatacağı bildirilir.

Onananın “Ayaks”la müqaviləsi 2022-ci ilin iyununda başa çatır. “Barsa” Ter Ştegenə yeni müqavilə təklif etsə də, tərəflərin məvacib məsələsində razılığa gələ bilmədikləri deyilir.

Digər Xəbərlər
Xəbər Lenti