Messi "İnter" yolunda?

7 Aprel 2020 15:18 İspaniya 1 486
Messi "İnter" yolunda?

Lionel Messinin “Barselona” ilə müqaviləsi gələn ilin yayında başa çatır.

Sportinfo.az xəbər verir ki, bu məqamdan yararlanmaq istəyən bəzi Avropa nəhəngləri argentinalı futbolçunu transfer etmək istəyirlər.

Onların arasında İtaliya klubları da var. Milan “İnter”i də Messini heyətə cəlb etməkdə maraqlıdır. “İnter”in sabiq prezidenti Massimo Moratti klubun belə istəyinin olduğunu etiraf edib:

“Mən hesab etmirəm ki, bunu arzulamaq qadağandır. Messinin müqaviləsi başa çatmaq üzrədir. Təbii ki, “İnter” mütləq bundan yararlanaraq onu transfer etmək istəyəcək.

Bilmirəm ki, koronavirus hadisələrə təsir edir, ya yox. Amma hesab edirəm ki, ilin sonunda bizi qəribə hadisələr gözləyir”.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!