6 dəfə çempion olmuş futbolçu koronavirusun qurbanı oldu - FOTO

3 Aprel 2020 01:38 İspaniya 470
6 dəfə çempion olmuş futbolçu koronavirusun qurbanı oldu - FOTO

"Real”ın sabiq futbolçusu Qreqorio Benito dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Benito uzun müddət ciddi xəstəlikdən əziyyət çəkirmiş. Lakin onun ölümünə koronavirus pandemiyasına yoluxması səbəb göstərilir.

Benito “Real”ın heyətində 13 mövsüm keçirib və müxtəlif turnirlər çərçivəsində 420 oyuna çıxıb. Sabiq mərkəz müdafiəçisi bu komanda ilə 6 dəfə İspaniya çempionu olub, 5 dəfə də ölkə kubokunun qalibi qalibi adını qazanıb. O, İspaniya yığmasında da 22 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!