Messi razılaşdı "Barselona"da maaşlar 70 faiz azaldıldı

30 Mart 2020 20:00 İspaniya 637
Messi razılaşdı "Barselona"da maaşlar 70 faiz azaldıldı

“Barselona”nın futbolçuları maaşlarının 70 faizindən imtina edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin kapitanı Lionel Messi şəxsi “İnstagram” hesabı vasitəsilə bildirib.

33 yaşlı hücumçu klub işçilərinin maaşlarını ala bilməsi üçün komanda yoldaşları ilə birlikdə onların hesablarına müəyyən məbləğin köçürüləcəyini söyləyib.

O, çətin dövrdə komandaya kömək məqsədilə bu addımı atdıqlarını vurğulayıb. İspaniya La Liqası martın 12-də koronavirusa görə dayandırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti