"Real" maaşları azaltmayacaq

30 Mart 2020 11:20 İspaniya 453
"Real" maaşları azaltmayacaq

"Real”rəhbərliyi koronavirus pandemiyasına görə oyunçuların və klub personalının maaşlarını azaltmağa hazırlaşmır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Cuatro” bildirib.

Klub rəhbərliyi əmindir ki, onlar öz qüvvələri ilə çətin iqtisadi situasiyadan maliyyə itkisi olmadan çıxacaqlar. “Real”dan fərqli olaraq "Barselona" martın 27-də özünün rəsmi saytında koronavirus pandemiyası ilə əlaqədar bir sıra antiböhran tədbirlərinin qəbulu haqqında bildirib.

Klub bütün əməkdaşların iş gününü və buna mütənasib olaraq əmək haqqını da azaldacaq. "Barselona”nın idman obyektləri epidemiya müddətində Kataloniyanın səhiyyə departamentinin ixtiyarına keçəcək.

Bildirilir ki, Katalon klubu koronavirus pandemiyasına görə maliyyə itkilərini hesablayıb və futbolçulara əmək haqlarının 70% azaldılması ilə razılaşmağı təklif edib. Lakin Oyunçuların bir hissəsi bununla razılaşıblar, ancaq bəzi futbolçular buna qarşı çıxıblar.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı