“Barsa”ya qayıdıb hər şeyi dağıtmaq istəyir: "Son söz mənim olmalıdır"

29 Mart 2020 20:40 İspaniya 534
“Barsa”ya qayıdıb hər şeyi dağıtmaq istəyir: "Son söz mənim olmalıdır"

“Barselona”nın sabiq futbolçusu Xavi kluba qayıtmağı planlaşdırır.

Sportinfo.az xəbər verir ki, hazırda Qətərin “Əl-Səəd” klubunu çalışdıran Xavi “Barselona”ya məşqçi kimi dönməyi planlaşdırır.

Amma bunun üçün onun şərti var: “Barselona”ya qayıtmaq istədiyimi gizlətmirəm. Buna köklənmişəm. Bir neçə il əvvəl bu çağırışı qəbul etmək tez idi.

Amma indi, özümü məşqçi kimi gördükdən sonra futbolçulara nəsə verə biləcəyimi düşünürəm. Amm a klub rəhbərliyinə şərtimi demişəm.

Hər şeyi sıfırdan başqlamaq niyyətindəyəm. Mən o adamlarala işləyəcəyəm ki, onların mənə qarşı loyal olduqlarına əmin olub. Paltardəyişmə otağının həndəvərində virus yayacaq insanlar olmamalıdır.

Mən komanda oyunçusuyam. Ona görə də qərarları təkbaşına qəbul etməyi düşünmürəm. Biz müzakirələr aparmalıyıq. Amma son söz mənim olmalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti