"Mənim ürəyim parçalanıb"

29 Mart 2020 19:00 İspaniya 707
"Mənim ürəyim parçalanıb"

Madrid “Atletiko”sunun 14 yaşlı futbolçusu Krisitian Minçol ölüb.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumataı “Atletiko”nun saytı yayıb. “Hindular”ın baş direktoru Migel Anxel Qil futbolçunun ölümü ilə bağlı aşıqlama verib:

“Belə vəziyyətdə adamda çarəsizlik hissi yaranır. Bu, dəhşətdir! Son həftədə mənə yaxın olan bir neçə insanı itirmişəm. Bəzisini koronavirusdan, bəzisini digər xəstəliklərdən.

Ən pisi odur ki, onlarla vidalaşa da bilmirəm. Mənim ürəyim parçalanıb. Kristianın cəmisi 14 yaşı vardı.

Onun ailəsin, ümumiyyətlə, belə situasiya ilə üzləşən hər kəsə dəstəyini ifadə edirəm. Biz Kristianın və son həftələrdə ölən digər idmançıların şərəfinə klubun bayrağını endirəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?