"Barselona"nın təklifini qəbul etmədi - Az pul verirsiz

24 Mart 2020 11:34 İspaniya 590
"Barselona"nın təklifini qəbul etmədi - Az pul verirsiz

"Barselona" qapıçısı Mark-Andre ter Ştegenlə yeni müqavilə üçün razılaşa bilməyib.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu 27 yaşlı qolkiperə mövsüm üçün`6.5 milyon avro maaş olmaqla 2024-cü ilədək sözləşmə təklif etsə də, o, bununla razılaşmayıb.

Almaniyalı qapıçı komandada qalmaq istəsə də, klubun təklif etdiyi maaşın onu qane etmədiyi bildirilir. Ter Ştegen oyuna ondan az çıxan oyunçulara müqavilənin müddətini uzatmaq üçün daha sərfəli təklif edildiyini düşünür.

İspaniya mətbuatı "Barselona"nın Ter Ştegenə daha yüksək məbləğdə maaş vermək imkanında olmadığını, lakin klub prezidenti Jozef Bartomeunun qapıçı ilə müqaviləni uzatmaqda israrlı oduğunu yazıb.

Digər Xəbərlər
Xəbər Lenti