"Bu hadisə komandanın psixoloji durumunu pozdu"

20 Yanvar 02:20 Basketbol 818
"Bu hadisə komandanın psixoloji durumunu pozdu"

“Xəzri” Azərbaycan Basketbol Liqasında liderliyə yüksəlib.

Sportinfo.az xəbər verir ki, komanda çempionatın 11-ci turundə səfərdə “Gəncə”ni məğlub edib.

Qarşılaşma qonaqların 96:89 hesablı qələbəsi ilə yekunlaşıb.

“Xəzri” 20 xalla turnir cədvəlinə başçılıq edir. “Gəncə” isə 14 xalla 8-ci pillədə qərarlaşıb.

"Təəssüf ki, üstünlüyü son hissədə əldən verdik". - bunu Gəncə komandasının baş məşqçisi Bedri Meriç deyib.

Klubun mətbuat xidmətinə fikirlərini bölüşən mütəxəssis bir oyunçularının zədələnməsinin komandanın psixoloji durumuna mənfi təsir etdiyini bildirib:

“Gərgin, mübarizəli oyun oldu. Üçüncü periodda daha yaxşı oynadıq, hətta hesabda önə keçdik.

"Sabah" ilə görüşdə də belə olmuşdu. Uşaqlar bu gün yaxşı çıxış etdilər.

Amma bir oyunçumuzun zədələnməsi komandanın psixoloji durumunu pozdu. Növbəti matçlara daha yaxşı hazırlaşacağıq.

Evdə daha bir güclü rəqiblə oyunumuz var. Ümid edirəm ki, növbəti matçda sonluq daha yaxşı olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!