Azərbaycan millisi İslandiyaya uduzdu - Avropa çempionatında

27 İyul 08:10 Basketbol 338
Azərbaycan millisi İslandiyaya uduzdu - Avropa çempionatında

Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Xorvatiyada təşkil olunan qitə birinciliyində yığma İslandiya seçməsi ilə üz-üzə gəlib.

Azərbaycan millisi bu görüşdə rəqibinə məğlub olub - 95:56.

Komanda qrupda daha əvvəl keçirdiyi görüşlərdə Polşa millisinə 60:70 hesabı ilə məğlub olub. Ukraynanı isə (77:68) üstələyib.

U-18 qrupda növbəti oyununu iyulun 28-də Bakı vaxtı ilə saat 12:30-da Portuqaliya seçməsinə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti