Bu məlumatlar “Qarabağ”dan ötrü çox vacibdir!

21:20 Qarabağ 102
Bu məlumatlar “Qarabağ”dan ötrü çox vacibdir!

Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”ı adı, tarixi və Avropa təcrübəsi ilə ciddi rəqib hesab olunan Kiyev “Dinamo”su ilə iki vacib qarşılaşma gözləyir.

Lakin hazırkı “Dinamo”nu yalnız klubun tarixi reputasiyasına əsasən qiymətləndirmək düzgün olmazdı.

Ukrayna təmsilçisi yeni mövsümə ideal formada başlamayıb, müdafiədə sabitlik problemi yaşayıb və Avropa Liqasının əvvəlki mərhələsində PAOK-a hər iki oyunda məğlub olaraq Konfrans Liqasına düşüb.

“Qarabağ” da bu mərhələyə uğurlu nəticədən sonra gəlməyib. Qurban Qurbanovun komandası Sofiya ÇSKA-sı ilə keçirdiyi iki görüşdə qol vura bilməyib.

Hər iki oyun 0:0 hesabı ilə başa çatıb və Ağdam klubu penaltilər seriyasında 4:5 hesabı ilə məğlub olub.

Buna görə bu cüt yalnız iki məşhur klubun mübarizəsi deyil, həm də əvvəlki mərhələdə hücum effektivliyi və nəticə baxımından problemlər yaşayan iki komandanın Avropa mövsümünü xilas etmək cəhdidir.

İlk görüşün Kiyevdə deyil, Polşanın Lyublin şəhərində keçirilməsi “Qarabağ” üçün müəyyən üstünlük sayıla bilər.

“Dinamo” formal meydan sahibi olsa da, doğma stadionunda və tam ev atmosferində oynamayacaq.

Bununla belə, Polşada yaşayan ukraynalıların və Kiyev klubunun azarkeşlərinin oyuna maraq göstərməsi gözlənilir.

Buna görə “Qarabağ” tam neytral atmosferə deyil, müəyyən qədər rəqibi dəstəkləyən tribunalar qarşısında oynayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti