"Neftçi SOCAR" Dünya Seriyasında 1/4 finala vəsiqə aldı

08:30 Basketbol 110
"Neftçi SOCAR" Dünya Seriyasında 1/4 finala vəsiqə aldı

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Bakı mərhələsində 1/4 finala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" əsas mərhələnin A qrupunda Çexiyanın "Praqa" komandasını məğlub edib - 18:14.

Komanda Litva millisinə uduzsa da (16:21), mərhələ adlaya bilib.

Azərbaycan millisi seçmə mərhələnin B qrupunda Benini məğlub etsə də (21:3), Braziliyaya yenilərək (9:19) mübarizəni dayandırıb.

Dünya Qadın Seriyasının Bakı mərhələsi iyulun 19-da başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti