“Açığı, daha tez sağalmaq istəyirdim, həkim dedi ki..."

22 Mart 2020 16:40 İspaniya 472
“Açığı, daha tez sağalmaq istəyirdim, həkim dedi ki..."

"Barselona”nın zədəli hücumçusu Luis Suares vəziyyəti ilə bağlı açıqlama verib.Sportinfo.az xəbər verir ki, “Marca” nəşrinə danışan uruqvaylı hücumçu La Liqa başlayanda oynamağa hazır olacağını deyib:

“Açığı, daha tez sağalmaq istəyirdim. Həkim yaxşı olduğumu və qısa zamanda geri qayıda biləcəyimi bildirib. Komandam meydana qayıdanda mən də oynamağa hazır olacam”.

Koronavirus pandemiyasına görə İspaniya La Liqası martın 11-dən təxirə salınıb. Luis Suares yanvarda dizindən əməliyyat olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti