Sevgilisinə görə özbaşınalıq etdi – QOVULACAQ!

21 Mart 2020 18:34 İspaniya 989
Sevgilisinə görə özbaşınalıq etdi – QOVULACAQ!

“Real” hücumçusu Luka Yoviçlə bağlı qərarını verib.

Sportinfo.az xəbər verir ki, “kral klubu” cari mövsümün sonunda serbiyalı fuybolçu ilə yollarını ayıracaq.

Yoviçin komandadakı çıxışından razı olmayan klub rəhbərliyi, onun davranışından da narazıdı. Yoviç koronavirus pandemiyası səbəbiylə karantində olmasına baxmayaraq, təcrid qaydalarını pozub.

Onun sevgilisi Andyela Manitaseviçin doğum gününə qatılmaq üçün Belqrada getməsi klub rəhbərliyinin qərarını qətiləşdirib. 22 yaşlı futbolçu ötən ilin yayından “Real”ın şərəfini qoruyur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti