Zidan titul qazanmasa, onu kim əvəz edəcək? - Namizədlər bəlli oldu

15 Mart 2020 11:20 İspaniya 571
Zidan titul qazanmasa, onu kim əvəz edəcək? - Namizədlər bəlli oldu

“Real” cari mövsümü titulsuz başa vursa, baş məşqçi Zinəddin Zidanla yollar ayrılacaq.

Sportinfo.az xəbər verir ki, “kral klubu” uğur olmayacağı təqdirdə, Zidanın yerinə 2 mütəxəssisdən birini gətirəcək.

Söhbət “Tottenhem”in sabiq çalışdırıcısı, London klubunu ötən mövsüm Çempionlar Liqasının finalına çıxartmış Maurisio Poçettino və “Yuventus”un keçmiş baş məşqçisi Massimiliano Alleqridən gedir. Hər iki çalışdırıcı hazırda işsizdir.

La Liqada 27 turdan sonra 56 xal toplayan “Real” hazırda ikinci pillədə qərarlaşıb və lider “Barselona”dan 2 xal geri qalır. Çempionlar Liqasında isə komanda 1/8 final mərhələsinin “Mançester Siti” ilə keçirilən ilk oyununda 1:2 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti