"Barselona" "Latsio"dan 20 milyona müdafiəçi alır

14 Mart 19:45 İspaniya 234
"Barselona" "Latsio"dan 20 milyona müdafiəçi alır

“Latsio”nun müdafiəçisi Luis Felipe karyerasını İspaniyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, oyunçu “Barselona”nın maraq dairəsindədir.

Məlumata görə, Kataloniya klubunun skautları 22 yaşlı braziliyalının son görüşlərini izləyiblər. Rəhbərlik futbolçunun transferinə müsbət yanaşır. Felipenin “Latsio” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Onun transfer dəyəri 20 milyon avrodur. Müdafiəçi bu mövsüm A Seriyasında 19 matç keçirib və bir qol vurub.

Xəbər Lenti