“Barselona” müqavilə müddətini uzatmağa hazırlaşır

14 Mart 2020 15:32 İspaniya 554
“Barselona” müqavilə müddətini uzatmağa hazırlaşır

“Barselona” qapıçısı Ter Ştegenle müqavilə müddətini uzatmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, klubun idman direktoru Erik Abidal oyunçunun agenti ilə danışıqlar aparır.

Təcrübəli qolkiper daha öncə “Barselona”da qalmağa müsbət yanaşmırdı. Buna səbəb onun “Çelsi” və “Bavariya”dan daha sərfəli təkliflər alması kimi göstərilib.

Ancaq Kataloniya klubu qapıçını heyətdə saxlamaq niyyətindədir. Rəhbərliyin tez bir zamanda Ter Ştegenlə 5 illik müqavilə imzalayacağı bildirilir. Almaniyalı oyunçunun klubu ilə müqaviləsi 2022-ci ilə qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti