İspaniya klubları 678,4 milyon avro zərər görəcək - Koronavirusa görə

14 Mart 2020 09:42 İspaniya 573
İspaniya klubları 678,4 milyon avro zərər görəcək - Koronavirusa görə

La Liqa tam dayandırılsa, bu İspaniya klubları üçün həm də böyük maliyyə itkisi olacaq.

Sportinfo.az xəbər verir ki, koronavirus səbəbindən çempionat erkən başa vurulacağı halda klublar ümumən 678,4 milyon avro zərər görəcək.

Televiziya yayımı bu məbləğin 549 milyonunu, abonement 88 milyonunu, La Liqa və Sequndaya satılan bilet isə 41,4 milyonunu əhatə edir.

Əgər oyunlar bərpa olunsa və azarkeşsiz keçirilsə, bu halda yüksək liqa klubları 117 milyon, ikinci divizion klubları isə 12,5 milyon avro məbləğində zərərə uyğayacaq.

İspaniya çempionatlarının qarşıdakı iki turunun təxirə salınmasına dair qərar qəbul edilib. Bununla belə, İspaniya Futbol Federasiyasında mövsümü sona qədər başa vuracaqlarından əmin deyillər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti