"Atletiko"nun futbolçusu Dieqo Kosta Çempionlar Liqasının 1/8 finalında "Liverpul"la (3:2) cavab oyunundan sonra jurnalistlərə açıqlama verməmək üçün fərqli üsuldan istifadə edib.
Sportinfo.az xəbər verir ki, 31 yaşlı hücumçu miks-zonadan jurnalistlərin yanından keçərkən qəsdən öskürüb.
O, bununla da koronavirusa yoluxduğuna işarə etmək istəyərək müsahibə verməkdən yayınıb.
"Atletiko" 2 oyunun nəticəsinə görə (1:0, 3:2) 1/4 finala vəsiqə qazanıb.

