"Real"ın oyunçuları karantinə alındı - La Liqa dayandı

12 Mart 2020 18:34 İspaniya 1 138
"Real"ın oyunçuları karantinə alındı - La Liqa dayandı

İspaniya La Liqasının oyunları təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, koronavirus ölkədə yayılmağa davam etdiyi üçün belə bir qərar qəbul edilib. Bununla yanaşı, “Real”ın basketbol komandasının bir oyunçusunda koronavirus aşkarlanıb.

Komandanın basketbol və futbol heyətinin karantinə alındığı bildirilib. Qarşılaşmaların nə vaxt keçiriləcəyi haqda məlumat verilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti