Çempionat oyunlarına azarkeş buraxılmayacaq - İspaniyada

10 Mart 2020 16:42 İspaniya 1 356
Çempionat oyunlarına azarkeş buraxılmayacaq - İspaniyada

İspaniya La Liqasının qarşıdakı iki turu azarkeşsiz keçiriləcək.

Sportinfo.az xəbər verir ki, buna yarışın rəhbərliyi qərar verib.

Səbəb kimi koronavirus epidemiyasının yayılması göstərilib. Bu, İspaniya Sequndasının da oyunlarına şamil olunacaq.

Səviyyəcə ikinci liqada “Albasete”nin heyətində Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov da çıxış edir. Komanda 32-ci turda "Almeriya"nı qəbul edəcək, 33-cü turda isə "Estramadura"nın qonağı olacaq.

UEFA daha öncə avrokuboklarda bir neçə qarşılaşmanın azarkeşsiz keçiriləcəyini açıqlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti