“Valensiya”nın sabiq qapıçısı Santyaqo Kanisares La Liqada çempionluq mübarizəsi haqda danışıb.
Sportinfo.az xəbər verir ki, Kanisares bu mövsüm kimin çempion olacağı barədə suala cavab verib. O, “Barselona” və “Real”ı aşağılayıb:
“Bu mövsüm hansı komanda çempion olacaq? Baxrı, siz kimin oyununu izləyirsiz. Əgər “Barselona”nın oyununa baxırsızsa, onda “Real” çempion olacaq” deyirsiz.
Yox, əgər “Real”ın oyununu izləyirsizsə, onda “Barselona”nın çempion olacağın əmin olursuz”.
27 turdan sonra liderlik edən “Barselona” “Real”ı 2 xal qabaqlayır.

