Messi İspaniyada 3-cü yerə yüksəldi - 55-ci qolu ilə

8 Mart 2020 12:40 İspaniya 717
Messi İspaniyada 3-cü yerə yüksəldi - 55-ci qolu ilə

İspaniya La Liqasının 27-ci tur matçında "Barselona” "Real Sosyedad"ı qəbul edib.

Sportinfo.az xəbər verir ki, "Kamp Nou"da baş tutmuş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yeganə topu 81-ci dəqiqədə Lionel Messi penaltidən vurub. Bu, argentinalı hücumçunun La Liqa karyerasında 55-ci qolu olub. Argentinalı hücumçu bu göstərici ilə turnir tarixində üçüncü yeri tutur.

Penaltidən vurulan qolların sayında ikinci yeri 1981 - 1992-ci illərdə “Atletiko” və “Real Madrid”də, 1993/1994 mövsümündə isə “Real Sosedad”da oynamış Uqo Sançes tutur. O, 56 penaltini qola çevirib.

La Liqada bu göstərici üzrə lider Kriştianu Ronaldudur. O, 61 penaltini dəqiq yerinə yetirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti