"Barselona"nın futbolçuları komandanın baş məşqçisi Kike Setyenə olan inamı itiriblər.
Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisinin bəzi oyunçuları 61 yaşlı mütəxəssisin klubun səviyyəsinə uyğun olmadığını hesab edirlər.
Bildirilir ki, La Liqanın 21-ci turunda "Valensiya"ya məğlubiyyətdən sonra məşqçiyə inam sarsılıb. Narazılıq 26-cı turda "Real"la oyundan (0:2) sonra daha yüksək həddə çatıb.
Futbolçular eyni zamanda 69-cu dəqiqədə Arturo Vidalın əvəzlənməsindən narazı qalıblar. Onlar hesab edirlər ki, çilili yarımmüdafiəçinin əvəzlənməsi yekun nəticəyə təsir edib. Setyen bu ilin yanvarından "Barselona"nı çalışdırır.

