Millinin futbolçusu onu söyən adamla dalaşdı - VİDEO

5 Mart 2020 10:10 İspaniya 698
Millinin futbolçusu onu söyən adamla dalaşdı - VİDEO

"Tottenhem"in və İngiltərə millisinin futbolçusu Erik Dayer ölkə kubokunda "Norviç"lə keçirdikləri 1/8 final oyunundan sonra azarkeşlərdən biri ilə dalaşıb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi gözlənilmədən tribunaya qalxaraq, fanatla toqquşub. Onları stüardlar çətinliklə aralayıblar.

Baş məşqçi Joze Mourinyo bildirib ki, həmin azarkeş tribunadan Erik Dayeri və kiçik qardaşını təhqir edib: "Futbolçunun ailəsi tribunada idi və bu, onların xoşuna gəlməyib.

Bəli, Dayer etməməli olduğu hərəkətə yol verib. Amma belə situasiyada hər birimiz bu cür davranardıq. Futbolçumu anlayıram və onun tərəfindəyəm".

"Tottenhem" əsas vaxtı 1:1 hesabı ilə bitən matçın penaltilər seriyasında "Norviç"ə 2:3 hesabı ilə uduzub.

Spurs Unfiltered@SpursUnfiltered

Eric Dier apparently confronting a fan after the fan allegedly racially abused Gedson Fernandes.

Chaos at our club currently - on and off the pitch

Embedded video

2,109

Twitter Ads info and privacy

978 people are talking about this

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti