
“Neftçi” Eddi İsrafilovla əməkdaşlığı davam etdirmək niyyətindədir.
Paytaxt klubu 2022-ci ilin yanvarından etibarən xidmətindən yararlandığı yarımmüdafiəçiyə yeni müqavilə təklif edib.
Millimizin üzvü bu çağırışı müsbət qarşılayarsa, 2+1 illik kontrakt qüvvəyə minəcək.
32 yaşlı orta sahə oyunçusu 2014-cü ildə yığmamızın sıralarına cəlb olunub. İsrafilov İspaniyada "Real Mursiya", "Ximnastik", "Qranada", "Eybar", "Kordoba" və “Albasete”nin şərəfini qoruyub.
"Nefçi"də 14 nömrəli formanı geyinən Eddinin hazırkı sözləşməsi 2024-cü ilin yayınadək qüvvədədir.
SPORTİNFO.AZ