Şahruddin oktyabrda yaşıl meydanlara qayıdacaq

20 Avqust 2024 02:10 Qarabağ 1 222
Şahruddin oktyabrda yaşıl meydanlara qayıdacaq

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev oktyabrda məşqlərə başlayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a 30 yaşlı qolkiperin özü məlumat verib.

Cari mövsümün əvvəlində Ağdam təmsilçisinə transfer olunan əlcək sahibi məşq sırasında zədələnərək sıradan çıxması barədə danışıb:

"Hər şey yaxşıdır, ağrılarım yoxdur. Sadəcə, məşq zamanı əlimdən zədə almışam.

İnşallah, oktyabrdan məşqlərə qoşulacağam. Allaha şükürlər olsun ki, bu dəfə əməliyyat olunmadan sağalıram".

Ş.Məhəmmədəliyev ötən mövsümü Türkiyə Superliqa təmsilçisi "Adana Dəmirspor"un heyətində keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Dekabr 18:10 Çək və bizə göndər!
25 Dekabr 03:30 Onu da güllələdilər