Simeoneyə "Qarabağ"ı xatırladan biabırçılıq

24 Yanvar 2020 12:16 İspaniya 1 066
Simeoneyə "Qarabağ"ı xatırladan biabırçılıq

İspaniya kubokunun 1/16 final mərhələsində Sequnda B təmsilçisi "Kultural Leonesa"ya 1:2 hesabı ilə uduzan "Atletiko" mübarizəni dayandırıb.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında danışan Madrid klubunun baş məşqçisi Dieqo Simeone məğlubiyyəti şərh edib. Argentinalı mütəxəssis 2017-2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la oyunları da xatırlayıb:

"Belə çətin anlarımız az olmayıb. Bu da onlardan biridir. "Qarabağ"la iki oyunda heç-heçə edib qrupdan çıxa bilməməyimiz, ÇL-in finalında iki dəfə, biri penaltilər seriyası, digəri isə əlavə vaxtda olmaqla, uduzmağımız yadımdadır. Xeyli vaxtdan sonra bu gün baş verməməli olan hadisə yaşandı".

Xatırladaq ki, 2017-2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan "Qarabağ" "Atletiko" ilə Bakıda 0:0, Madriddə isə 1:1 oynamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”