Bakıda qol vurdu, ABŞ-da milyon qazanacaq

18 Yanvar 2020 20:35 İspaniya 756
Bakıda qol vurdu, ABŞ-da milyon qazanacaq

ABŞ-ın "Los-Anceles Qalaksi" klubu ilə anlaşan "Sevilya"nın hücumçusu Xavyer Ernandesin okeanın o tayında qazanacağı məbləğ müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı meksikalı futbolçunun qazancı ildə 6.5 milyon avro olacaq.

Bu məbləğ ABŞ liqasında ən yüksək məvacib sayılır. Son dəfə məhz "Los-Anceles Qalaksi"də Zlatan İbrahimoviç bu qədər əmək haqqı alırdı.

Andalusiya klubuna geridə qalan yay 7.75 milyon avroya "Vest Hem"dən keçən "Çiçarito" 17 rəsmi oyunda 4 qol vurub ki, onlardan biri də Avroliqanın qrup mərhələsinin ilk turunun Bakıda keçirilmiş "Qarabağ" - "Sevilya" (0:3) görüşündə qeydə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu