"Barselona" Valverdeni qovub, onu gətirdi - RƏSMİ

14 Yanvar 2020 11:01 İspaniya 909
"Barselona" Valverdeni qovub, onu gətirdi - RƏSMİ

"Barselona"nın baş məşqçisi Ernesto Valverde istefaya göndərilib. Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssisi bu postda Kike Setyen əvəzləyib. Onunla bu mövsümün sonuna qədər müqavilə imzalanıb.

Setyenin son iş yeri “Betis” olub. O, daha əvvəl “Rasinq”, “Las Palmas” kimi klubları, Ekvatorial Qvineya millisini çalışdırıb.

“Barselona”nın İspaniya superkubokunun yarımfinalında “Atletiko”ya 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırması Valverdenin qovulmasında başlıca rol oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"