"Barselona"dan Maurisio Poçettinoya təklif

13 Yanvar 2020 11:15 İspaniya 613
"Barselona"dan Maurisio Poçettinoya təklif

"Barselona"da Ernesto Valverdeni əvəzləməyə növbəti namizəd müəyyənləşib. Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Xavi Ernandes və Ronald Kumandan yox cavabı alan Kataloniya klubunun növbəti hədəfi Maurisio Poçettinodur.

Ötən ilin sonlarında "Tottenhem"dən ayrıldıqdan sonra işsiz olan mütəxəssis komandanın sükanı arxasına keçmək təklif olunub. İspan həmkarlarımız hazırda bu vəzifəyə ən real namizədin argentinalı məşqçi olduğunu iddia edir.

Poçettino məşqçilik karyerasına Barselonanın şəhərinin digər təmsilçisi "Espanyol"da başlayıb. O, futbolçu kimi də sözügedən komandanın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti