"Barselona"ya ŞOK XƏBƏR! - Suares 4 ay oynamayacaq

13 Yanvar 2020 13:08 İspaniya 422
"Barselona"ya ŞOK XƏBƏR! - Suares 4 ay oynamayacaq

“Barselona” ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, komandanın əsas hücumçularından olan Luis Suares bu gün dizindən əməliyyat olunub.

Klubun rəsmi saytı uruqvaylı forvardın 4 ay meydana çıxa bilməyəcəyini açıqlayıb. 32 yaşlı futbolçu ötən mövsümün sonunda da dizindən əməliyyat olunmuşdu.

Suares bu mövsüm Kataloniya klubunun heyətində 23 matçda 14 qol vurub, 11 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti