"Atletiko"dan "Barselona" üzərində möhtəşəm qələbə - VİDEO

10 Yanvar 2020 01:24 İspaniya 1 198
"Atletiko"dan "Barselona" üzərində möhtəşəm qələbə - VİDEO

Səudiyyə Ərəbistanında İspaniya Super kubokunun yarımfinal oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, ikinci yarımfinal matçında "Barselona" və "Atletiko" qarşılaşıb. 3:2 hesabı ilə qalib gələn madridlilər həlledici oyuna vəsiqə qazanıb.

Super kubok uğrunda görüşdə Madridin iki təmsilçisi - "Atletiko" və "Real" üz-üzə gələcək. Matç yanvarın 12-si Bakı vaxtı ilə 22:00-da keçiriləcək.

"Barselona" - "Atletiko" 2:3

Qollar: Lionel Messi, 51, Antuan Qrizmann, 62 - Koke, 46, Alvaro Morata, 81 (pen.), Anxel Korrea, 86

Digər Xəbərlər
Xəbər Lenti