"Barselona" Neymara görə yenidən danışıqlara başladı

9 Yanvar 2020 18:12 İspaniya 818
"Barselona" Neymara görə yenidən danışıqlara başladı

"Barselona" PSJ-nin hücumçusu Neymarın transferindən əl çəkmir.

Sportinfo.az xəbər verir ki, tərəflər arasında yenidən danışıqlara start verilib.

Ötən ilin yayında braziliyalını qaytarmaq üçün çox çalışan, lakin buna nail olmayan kataloniyalılar bu dəfə keçidi reallaşdırmaq niyyətindədir.

İspanlar PSJ rəhbərliyinə bununla bağlı müraciət ünvanlayıb. Razılıq əldə olunarsa, "Barsa" Neymarı bu qış heyətinə qatmaq istəyir. Fransızlar buna razılıq verməsələr, o zaman Neymarı mövsümün sonunda 180 milyon avroya transfer etmək mümkün olacaq.

Neymar özü də "Barselona" ilə danışıq aparır və futbolçu sabiq komandasına qayıtmağa hazırdı.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"