"Barselona" Ərəbistanda azıb

9 Yanvar 2020 09:23 İspaniya 530
"Barselona" Ərəbistanda azıb

"Barselona"nın "Atletiko" ilə Səudiyyə Ərəbistanında keçiriləcək İspaniya Superkuboku matçından öncə baş tutmalı olan mətbuat konfransı təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb komandanı aparan avtobusun yanlış stadiona getməsi olub.

Avtobus Ciddə şəhərindəki "Əl İttihad" stadionuna getməli olsa da, səhvən şəhərin 60 kilometr şimalına - "King Abdullah Sport City" arenasına yollanıb.

Nəticədə mətbuat konfransı təxirə salınıb. "Barselona" - "Atletiko" görüşü bu gün Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu