"Real" Verner üçün 80 milyon avro ödəməyə hazırdır

6 Yanvar 2020 15:16 İspaniya 542
"Real" Verner üçün 80 milyon avro ödəməyə hazırdır

"RB Leypsiq"in hücumçusu Timo Verner karyerasını Madrid "Real”ında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə İspaniyanın yerli “El Desmarque” nəşri bildirib.

Nəşrin mənbənin məlumatına əsasən, növbəti yayda “Real” "RB Leypsiq"ə futbolçuya görə 80 milyon avro ödəməyə hazır olacaq.

Alman futbolçunun transferinin kifayət qədər yüksək qiyməti onun ötən yayda öz klubu ilə yeni müqavilə imzalaması ilə şərtlənir.

Cari mövsümdə Verner "RB Leypsiq"in heyətində 25 matçda iştirak edib. Hücumçunun aktivində 23 qol və 10 məhsuldar ötürmə var. Onun klubla müqaviləsinin müddəti 2023-cü il ilin yayına qədər nəzərdə tutulub.

"RB Leypsiq" 17 matçda 37 xal yığaraq Almaniya çempionatının birinci dövrəsini 1-ci yerdə başa vurub. "Real" İspaniya La Liqasında yalnız "Barselona"dan buraxılmış topların fərqinə görə geri qalaraq 2-ci yeri tutur.

Digər Xəbərlər
Xəbər Lenti