"Real" braziliyalı Reyneri almağa yaxındır

4 Yanvar 2020 23:30 İspaniya 735
"Real" braziliyalı Reyneri almağa yaxındır

"Flamenqo"nun yarımmüdafiəçisi Reyner "Real”a keçə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “El Chiringuito” özünün “Twitter”dəki səhifəsində bildirib.

Mənbənin informasiyasına əsasən, tərəflər 17 yaşlı yarımmüdafiəçinin Madrid klubuna keçidi üzrə sazişin tamamlanmasına yaxındır. Braziliyalı “Real”ın ikinci komandasında çıxış edəcək.

Reyner ötən mövsüm "Flamenqo"nun heyətində 15 matçda iştirak edib. Yarımmüdafiəçinin hesabında 6 qol və 2 məhsuldar ötürmə var. Braziliya klubu ilə futbolçunun müqaviləsi 31 oktyabr 2024-cü ilə qədər nəzərdə tutulub. Oyunçunun bazar transfer dəyəri bu gün 25 milyon avro təşkil edir.

"Real" İspaniya çempionatının yarış cədvəlində 2-ci yer tutur. On səkkiz turdan sonra komandanın aktivində 37 xal var. “Real” lider "Barselona”dan 2 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti