"Real"ın yeni transfer hədəfi

4 Yanvar 2020 01:20 İspaniya 929
"Real"ın yeni transfer hədəfi

"Real"ın transfer hədəfində olan yeni futbolçunun adı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi "Vulverhempton"un yarımmüdafiəçisi Ruben Neveşi transfer etmək istəyir.

"Kral klubu" portuqaliya futbolçunu heyətinə cəlb etmək üçün 65 milyon avroluq təklifə hazırlaşır. 22 yaşlı yarımmüdafiəçinin agenti Jorje Mendeş bu keçidi həll etmək üçün danışıqlar aparır.

"Portu"nun yetirməsi 2017-ci ildə "Vulverhempton"a 17,9 milyon avroya transfer olmuşdu. Neveş bu mövsüm 31 oyuna 3 qol vurub, 2 assist edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!